Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rasim Balayev, yoxsa Şəfiqə Məmmədova? 

Kinematoqrafçılar Birliyində qurultay keçiriləcək, rəhbər seçiləcək...

Ötən ilin iyul ayının 26-da Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinematoqrafçılar İttifaqı birləşəcəyi barədə bəyanat yayıblar. Yeni ad kimi Kinematoqrafçılar Birliyi təklif edilib. Sözügedən Birliyin qurultayının ötən il keçiriləcəyi deyilsə də, tədbir baş tutmayıb.

Yeni yaradılacaq Birliyin sədrinin kim olacağı məlum deyil. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri isə Xalq artisti Şəfiqə Məmmədova olub. Hər iki sənətçi birləşmiş kino ittifaqlarının sədrliyinə namizəd olublar.

Bəs qurultay nə vaxt keçiriləcək?

Rasim Balayev Modern.az-a açıqlamasında deyir ki, hər iki ittifaq Azərbaycan kino sahəsinə dəstək məqsədilə birləşib.

“Yaxın müddətdə qurultayın keçirilməsi planlaşdırılır. Qurultay keçiriləcək, o zaman kimin rəhbərlik edəcəyi məlum olacaq. Prezident seçkilərindən sonra qurultayımızı keçirməyi qərara aldıq. Belə qərara gəldik ki, prezident seçkisi bitsin, biz də seçkimizi keçirək. Prezident seçkisindən sonra qurultaya hazırlaşacağıq”, - o qeyd edib.

Qeyd edək ki, bu yaxınlarda bəzi sənət adamları mikrosahibkarlar (VÖEN-lə çalışan bütün fərdlər) üçün verginin 5%-dən 20%-ə qaldırılmasından narazılıq ifadə ediblər. Rasim Balayev bu qərarın aktyorlar üçün yaratdığı problemə də münasibət bildirib: “Bu məsələ ilə bağlı heç bir şikayət eşitməmişəm. Hökumət belə qərar çıxarıb, biz nə edə bilərik?”

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Avropada yaşamaq üçün ən yaxşı şəhər açıqlandı

Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

Türkiyə Prezidenti və Pakistanın Baş naziri COP29-da iştirak edəcəklər

ABŞ Ukraynaya yeni hərbi yardım paketi elan edib    

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Ən çox oxunanalar